Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Məmmədyarovun lider olmaq şansı bu gün daha çoxdu

Məmmədyarovun lider olmaq şansı bu gün daha çoxdu

Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Bu gün baş tutacaq XII turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Liren Dinqlə qarşılaşacaq.

İlk dövrədə qara fiqurlarla çinli rəqibi ilə heç-heçə edən həmyerlimiz bu dəfə ağ fiqurlarla oyanacaq.

Turun ən maraqlı matçı Sergey Karyakinlə Fabiano Karuana arasında olacaq. Son görüşlərdə uğurlu çıxış edən rusiyalının lideri büdrədəcəyi istisna edilmir. Karuananın xal itirməsi və ya uduzması daha çox Məmmədyarovun işinə yarayacaq. Əgər amerikalı məğlub olarsa və Şəhriyar da qalib gələrsə, həmyerlimiz birinci pilləni ələ keçirə də bilər.

İddiaçılar turniri

XII tur

Aleksandr Qrişuk (2767, Rusiya) - Levon Aronyan (2794, Ermənistan)

Sergey Karyakin (2763, Rusiya) - Fabiano Karuana (2784, ABŞ)

Vladimir Kramnik (2800, Rusiya) - Uesli So (2799, ABŞ)

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Liren Dinq (2769, Çin)

Turnir cədvəli:
Karuana - 7 xal; Məmmədyarov – 6,5; Qrişuk, Karyakin – 6; Dinq – 5,5; Kramnik – 5; So – 4,5; Aronyan – 3,5.


Facebook-da paylaş

Xəbəri paylaş