Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Gənclər arasında breyn-rinq intellektual oyunu keçirilib



Dünən Şamaxı Rayon Mədəniyyət evinin zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2018-ci ilin I-ci yarımilliyi üçün təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Bakı-İsmayıllı marşrutu üzrə “Mən Azərbaycan vətəndaşıyam” adlı təbliğat-təşviqat kompaniyası çərçivəsində gənclər arasında breyn-rinq intellektual oyunu keçirilib.

Yarışa rayonun 4 komandası üzrə 20 nəfər gənc cəlb olunub. Tədbirdə həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası - proqram koordinatoru Pərvin Qasımov da iştirak edib.

Tədbiri Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov açıq elan etdikdən sonra Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov tədbirin mahiyyəti haqqında iştirakçılara geniş məlumat verib.

Çıxışlar bitdikdən sonra komandalar arasında püşkatma keçirilib və yarışa start verilib. Maraqlı keçən yarışın sonunda qaliblər müəyyən olunub.

Qalib gəlmiş komandalar Gənclər və İdman Nazirliyi tərəfindən müvafiq diplomlar və qiymətli hədiyyələrlə təltif olunublar.

Tədbir ərəfəsində Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış “Mən Azərbaycan vətəndaşıyam” təbliğat–təşviqat kompaniyası adlı kitabçalar iştirakçılara paylanılıb.

Alxas







Facebook-da paylaş