Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cümhuriyyətin 100 illiyinə həsr olunmuş güləş turniri



Şamaxı rayon Gənclər və İdman İdarəsi tərəfindən 27 may 2018-ci il tarixində Şamaxı rayonunun “Şirvan” güləş klubunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş 2002-2004-cı il və 2005-2007-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib.

Yarışda 200 nəfərə yaxın idmançı iştirak edib. Turnir Beynəlxalq Güləş Federasiyasının qaydalarına uyğun keçirilib. Yarışın baş hakimi Bəhlul Əliosmanov olub. Gərgin və çox maraqlı keçən idman mübarizəsinin sonunda ən güclülər müəyyənləşib.

Yekunda hər çəki dərəcəsi üzrə I, II və III yerləri tutmuş idmançılar Şamaxı rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olunublar.

Alxas Məmmədov




Facebook-da paylaş

Xəbəri paylaş