Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




"Şahin" hərbi idman oyunlarının Quba rayon birinciliyi keçirilib

"Şahin" hərbi idman oyunlarının Quba rayon birinciliyi keçirilib

2018-ci il 1-ci yarımilliyi üçün təsdiq edilmiş iş planına əsasən 5 aprel 2018-ci il tarixində məktəbli gənclərin iştirakı ilə "Şahin" hərbi idman oyunlarının rayon birinciliyi keçirilib. Birincilikdə 50 komandanıın hər birinin heyətində 700 nəfər gənc iştirak etmişdir.

BrendSport.az saytı Quba rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir ki, tədbir Quba Peşə Liseyinin idman meydançalarında keçirilib.

Tədbirdə Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, Quba rayon İcra Hakimiyyətinin I müavini Aydəmir Manafov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi, mayor Seymur Qurbanov, Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev, Müharibə, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranları təşkilatının Quba rayon şöbəsinin rəhbəri Tahir Muradov çıxış edərək gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində bu kimi tədbirlərin təşkilinin əhəmiyyətli olduğuunu qeyd ediblər.

Azərbaycanın hərb sahəsinin artan gücünü qeyd etdilər, 2 il öncə aprel döyüşlərində əldə olunan uğurların qələbəmizin yaxın olmasının işartısı olduğunu vurğiuladılar.

Rəsmi açılış mərasimindən sonra yarışlara start verilib. Əsasnaməyə uyğun olaraq komandalar hər biri ayrı-ayrılıqda 8 növdə mübarizə aparıblar.
Yekunda şəhər 6 saylı tam orta məktəbinin komandası birinci, Qaraçay kənd tam orta məktəbinin komandası ikinci, şəhər 2 saylı məktəb liseyin şahinçiləri üçüncü yeri tutublar.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi






Facebook-da paylaş