Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək




Nazir müavininə qarşı böhtan və qərəzin arxasında nə dayanır?



İdman hər bir millətin sağlam gələcəyə malik olması baxımından çox vacib amildir. Gənclərin məhz bədən tərbiyəsi ilə məşğul olması, onları arzuolunmaz yollardan çəkindirə bilər. Azərbaycanda əhalinin kütləvi idmanla məşğulluğu ciddi diqqət mərkəzindədir. Əsasən də bu işə son 20 ildə daha çox yer ayrılır. Ölkəmizdə idmanı daim zirvəyə daşıyacaq bacarıqlı mütəxəssislər var. Bunlardan biri gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovdur. O, 1 yanvar 1957-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbi yüksək qiyməylərlə bitirdikdən sonra, 2 il Naxçıvan televiziyasında rejissor köməkçisi işləyib. Bununla yanaşı, elektrotexnika təhsilinə yiyələnib. Bu bilginin ona əsgərlik dönəmində köməyi dəyib. Baltikyanı ölkədə radiotexniki hərbi hissənin stansiya rəhbəri olub. Vətənə xidmətdən sonra, 1978-1982-ci illərdə Azərbaycan dövlət bədən tərbiyəsi institutunda ali təhsil alıb.

Onun rəhbərliyi ilə SSRİ-nin ilk böyük uğuru

Ümummilli lider Heydər Əliyev sovetlərdə respublikaya rəhbərlik edərkən, hər il 30 tələbəni elmi biliyini daha artırmaq üçün, ittifaqın paytaxtına göndərib. 1983-cü ildə bu siyahıda İsmayıl İsmayılov da yer alıb. 1984-1988-ci illərdə Moskva dövlət mərkəzi bədən tərbiyəsi institutunda “Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası”nı “idman məşqçisi” və “müalicə bədən tərbiyəsi” ixtisasları üzrə təcrübə keçib, aspirantura dərəcəsinə yiyələnib. Oxuduğu dönəmdə radio qovşağında rəhbər vəzifədə olub. 1982-1990-cı illərdə ağırlıqqaldırma üzrə SSRİ yığmasının elmi-kompleks qrupuna rəhbərlik edib. Seul-1988-də sovet komandası bu idman növündə yay olimpiya oyunlarında ilk dəfə 6 qızıl və 2 gümüş medal qazanıb.




Həm də böyük alim
1992-ci ildən Azərbaycan ağır atletika federasiyasının baş katibi, son illərdə isə vitse-prezidenti kimi fəaliyyət göstərir. 1992-1994-cü illərdə bədən tərbiyəsi və idman komitəsində baş mütəxəssis, 1994-1996-cı illərdə gənclər və idman nazirliyində baş təlimatçı, 1996-2006-cı illərdə Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında elmi işlər üzrə prorektor vəzifəsində işləyib. 100-dən artıq elmi məqalənin və manoqrafiyanın müəllifi, anatomiya üzrə dosent, pedaqoqika üzrə elmlər namizədi və professor, fəlsəfə doktorudur. Bundan başqa, əməkdar məşqçi və beynəlxalq dərəcəli hakim olub.

İnanılmaz qələbələr onlarla başladı

Müstəqillik əldə olunduqdan sonra ölkəmiz, yeni addımlar atan hər bir ölkə kimi, bir çox sahələrdə özünü tanıtmağa ehtiyac duyurdu. Sözsüz ki, bu mənada idmanın və onun tərənnümçülük xüsusiyyətlərinin rolu danılmazdır. 2006-cı ilin fevralında ölkə idmanında yeni dönəm başladı. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə gənclər və idman nazirliyi Azad Rəhimova həvalə edildi. Bir neçə ay sonra növbəti uğurlu təyinat gerçəkləşdi: İsmayıl İsmayılov nazir müavini təyin olundu. Qısa zaman kəsiyində medalların sayı birə-beş artmağa başladı. GİN-in rəsmi saytında statistikaya nəzər salaq: əgər həmin ildə ümumilikdə 287 mükafat qazanılmışdısa, 2007-ci ildə bunun sayı 452-yə, 2010-cu ildə 675-ə və, 2015-ci ildə 823-ü çatdı. Rekord göstərici 2017-ci ildə qeydə alındı – 851!
Göstərdiyi yüksən bacarığa görə, o, 2001-ci ildə Azərbaycan prezidenti ulu öndər Heydər Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına, ölkə başçısı İlham Əliyevin sərəncamları ilə 3-cü və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib (2015, 2019).




Atılan vacib addımlar

Nazirlikdə antidopinq şöbəsinin yaradılması da bu şəxslərin adı ilə bağlıdır. 2016-cı ildən bu sahə AMADA adı ilə müstəqil fəaliyyət göstərir. İsmayıl İsmayılovun təşəbbüsü ilə 2014-cü ildə xidmət göstərən Milli idman tibbi və reabilitasiya institutu bu istiqamətdə atılan vacib addımlardandır.
Sərbəst güləşdə Hacı Əliyev, boksda Məhəmmədrəsul Məcidov, ağırllıqqaldırmada Nizami Paşayev, avarçəkmədə Valentin Demyanenkonun 3-qat dünya çempionu sevincini yaşaması, Azərbaycan şahmat millisinin 3 dəfə komanda yarışında Avropa çempionluğunu qazanması, ayrı-ayrı vaxtlarda 2 şahmatçımızın dünya əmsalında Top-10-da yer alması, Şəhriyar Məmmədyarovun 2800 reytinq xalını aşan ilk türk və müsəlman olması da sözü gedən şəxsin fəaliyyət dövrünə aiddir. London-2012 yay olimpiya oyunlarında qazanılan 2 qızıl, 2 gümüş və 5 bürünc medal çağdaş Azərbaycan idmanında ən yüksək naliyyət sayılır.





Odlar yurdu mötəbər yarışların keçirilmə mərkəzinə çevrildi

Bu illər ərzində ölkəmizdə xeyli mötəbər tədbir də keçirildi: Bakı-2015 ilk Avropa oyunları, ümumdünya şahmat olimpiadası-2016, Bakı-2017 İslam həmrəylik oyunları, Bakı-2019 Avropa gənclər festivalı, güləş, bədii gimnastika, boks, cüdo, U-17 qızlar arasında dünya çempionatları, taekvondo, gimnastikanın müxtəlif növləri üzrə qitə çempionatlarına, eləcə də futbol üzrə çempionlar və Avropa liqalarının qrup oyunlarına ev sahibliyi edildi. Avropa çempionatının 60 illik yubileyi münasibəti ilə qitənin müxtəlif böyük şəhərlərində Avro-2020-nin final mərhələsi təşkil olundu. Azərbaynan qardaş Türkiyənin yer aldığı “A” qrupunda 3 oyuna və Danimarka ilə Çex Respublikası arasında 1/4 final görüşünə ev sahibliyi etdi. Bu uğurların timsalında Azərbaycan dünyada idman ölkəsi və böyük yarışların keçirilmə mərkəzi kimi tanındı.

Nümunəvi valideyn

Bu gün cəmiyyətimizdə aktual mövzulardan biri gənc nəslin təhsil və tərbiyəsidir. Təhsil insanı əqli cəhətdən, idman isə fiziki cəhətdən inkişaf etdirir. Öz yaşamını mənəvi baxımdan doğru tənzimlənməyən insan bir çox məqamlarda fiziki sağlamlığa da əhəmiyyət vermir. Siqaret çəkmək, spirtli içki qəbul etmək öncə mənəvi məsuliyyətsizlikdən başlayır. Bu zərərli vərdişlərin tərgidilməsi üçün ən səmərəli vasitə yeniyetmə və gənclərin idman məşğələlərinə cəlb edilmə və düzgün tərbiyələndirilməsindir. Bu iki amil onlarda çeviklik, fəallıq, sürət kimi fiziki və eyni zamanda, cəsarət, qətilik, təmkinlik, böyüyə hörmət kimi mənəvi keyfiyyətləri aşılayır. İsmayıl İsmayılov həm də bir nümunəvi ailə başçısı kimi bu yöndə kimsədən geri qalmır. Hətta deyərdik ki, az məmur tapılar ki, övladları belə sadə ola.



Həqiqəti əks etdirməyən yazılar

Azad Rəhimovun 30 apreldə dünyasını dəyişməsindən sonra, xeyli müddət boş qalmış gənclər və idman naziri vəzifəsinə, sentyabrın 7-də ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə Fərid Qayıbov təyin olundu. O, iş başına keçən kimi müxtəlif federasiya və idman qurğuları ilə tanışlığa başlayıb. Görüşlərdə onu nazirliyin ayrı-ayrı rəhbər şəxsləri müşayiət edirlər. Futbol assosiasiyası, Bakı olimpiya stadionu, üzgüçülük, cüdo, güləş və atıcılıq federasiyaları ilə artıq təmaslar olub. Bununla yanaşı, maraqlı dairələr də hərəkətə keçib. Adətən yüksək postda təyinatdan sonra, ictimaiyyət yerlərdə dəyişiklik gösləyir. Bu o halda gözləniləndir ki, orda iş getməsin. Amma GİN-də uğurlu fəaliyyət uzun illərdir öz axarı ilə gedir. İdman sosial və spesifik sahə olduğundan, burada kadrların yetişməsi üçün xeyli zaman tələb olunur.

Bu günlərdə elektron mediada nazir müavinləri barədə tənqidi məqalə yazılıb. İdman sahəsində məsələni araşdırmağa başladıq. Məlum oldu ki, İsmayıl İsmayılov haqqında dərc olunan həqiqəti əks etdirmir. Birincisi, onun maliyyə məsələsinə, tender və tikinti işlərinə aidiyyatı olmaması hamıya bəllidir. İkincisi, onun yeni nazirin görüşlərində iştirak etməməsi yalandır. Məqalə 29 sentyabrda dərc olunub. Atıcılıq federasiyasında nazirin görüşü yazıdan 2 gün öncə baş tutub. Həmin toplantıda İsmayıl İsmayılov da var və bu fotolarda da öz əksini tapıb. Görməməzliyin səbəbi nə? Peşəkarlıq, bir məsələyə toxunmamışdan öncə, onun dərin araşdırmaqdır. O tənqid düzgün sayılar ki, yol göstərmə olaraq həmin şəxslərin yerinə altertativ kimi adlar çəkilsin; ictimaiyyət oxusun, baxsın, tanısın, həmin şəxslər buna layiqdirlər, ya yox. Üstəlik, nazir müavinlərinin təyinatı Azərbaycan prezidentinin səlahiyyətində olan məsələdir. 2021-ci ilin 15 iyununda Türkiyə cümhur başqanı Rəcəb Tayyib Ərdoğanla azərbaycanlı həmkarı cənab İlham Əliyev arasında Şuşada imzalanan bəyannamə ilə bağlı tədbirdə yer alanlar sırasında İsmayıl İsmayılov olması, ölkə başçımızın ona göstərdiyi növbəti yüksək etimaddır.



Cənab nazir Fərid Qayıbovun tapşırığına əsasən, sentyabrın 25-də adı çəkilən dövlət rəsmisi idman şöbəsinin əməkdaşları ilə birlikdə karate və stolüstü tennis federasiyalarında olublar. Buna qədər isə, o, koronavurusdan müalicə aldığı üçün işə çıxmayıb. Bu barədə GİN-in mətbuat xidmətindən məlumat yayılmışdı.
Üçüncüsü, elə bir idmançı, məşqçi, jurnalist və federasiya rəhbəri tapılmaz ki, İsmayıl İsmayılov barədə mənfi fikir söyləsin. Hamı onun yüksək bacarığını, gözəl və sadə insan olmasını təqdir edir, alqışlayır və xeyirxahlığına dua edirlər. Gənclər və idman nazirliyi yeganə dövlət qurumudur ki, girişdə polis dayanmır və vətəndaşlar sərbəst şəkildə rəhbərliyin qəbuluna düşə bilirlər. Olmayan şeyi yazmaq və ya söyləmək heç bir dinə və imanlığa yaraşmır.

BrendSport.az Gənclərin və İdmanın informasiya portalı , Allsport.az saytına istinadən...


Facebook-da paylaş