Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


AFFA erməni vandalizmi ilə bağlı FIFA-ya və UEFA-ya müraciət edib

AFFA erməni vandalizmi ilə bağlı FIFA-ya və UEFA-ya müraciət edib

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində həlak olan ailənin üzvlərindən biri – 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov 2017-2018-ci il mövsümündə AFFA-nın təşkilatçılığı keçirilən U-11 Liqasında UGİM (Naftalan) komandasının heyətində çıxış edib. Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvünün həlak olması ilə əlaqədar AFFA dərin hüznlə başsağlığı verir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyir.

BrendSport.az AFFA-nın saytına istinadla xəbər verir ki, Ş.Qurbanovun Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olması ilə bağlı AFFA tərəfindən FIFA-ya və UEFA-ya müvafiq məktublar ünvanlanıb.


Facebook-da paylaş