Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yol ayrıcındayam - “Qarabağ”ın futbolçusu



“Qarabağ”ın qapıçısı Hannes Halldorsson İslandiya mətbuatına açıqlama verib.


BrendSport.az xəbər verir ki, “Fotbolti” nəşrinə danışan 34 yaşlı qolkiper, “Qarabağ”la yol ayırımında olduğunu deyib:

“Qarabağ”da gözəl anlar yaşadım. Getdiyim ilk ayda zədələndim. Müqavilə bağlayan zaman baş məşqçi mənə dedi ki, onun iki qapıçısı olacaq. Lakin mən zədələndiyim üçün, daha bir qapıçı transfer edildi. Biz 3 qapıçıyıq və bu, həqiqətən də lüzumsuzdur. Kimin oynayacağı əvvəlcədən bilinmir. Kim meydana az çıxırsa, bunun bir səbəbi olur.

Burda gözlədiyim qədər oynamadım. Bir neçə oyun şans tapandan sonra güclənməyə başladım. 29 noyabrda Avropa Liqasının qrup mərhələsinin oyununda “Sportinq”lə matça əsas heyətdə çıxdım. Lakin 6 top buraxdım və yaxşı oyun sərgiləyə bilmədim. Bundan sonra bir də oynamadım.

Nə edəcəyimi bilmirəm. İndi yol ayrıcındayam. Gələcəyimi düşünürəm”.

Halldorsson ötən ilin iyulunda “Qarabağ”la iki illik müqavilə imzalayıb.


Facebook-da paylaş

Xəbəri paylaş