Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şəfəq Hüseynli: Son iki ildə ölkəmizdə idmanın təmizliyi üçün böyük işlər görülüb



Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yaradılmasından iki il ötür.

BrendSport.az xəbər verir ki, müstəqil qurum olan AMADA 2016-cı il dekabrın 23-də Azərbaycanda antidopinq proqramının həyata keçirilməsi məqsədilə yaradılıb. Bu model dünyada effektiv antidopinq proqramları üçün qızıl standart hesab edilir.

Təsis olunmasından cəmi iki il keçməsinə baxmayaraq, Azərbaycan Milli Antidopinq Agentliyi və onun gördüyü işlər qlobal antidopinq hərəkatı tərəfindən tanınır və yüksək qiymətləndirilir. AMADA təhsil, tədqiqat, hədəfli testlər, sanksiyalar, hüquq-mühafizə orqanları ilə effektiv əməkdaşlığa əsaslanan hərtərəfli antidopinq yanaşmasını tətbiq edir. AMADA-nın heyəti səylərini idmançıların sağlam və təmiz şəraitdə rəqabət aparmaq hüququnun müdafiəsinə və yarışmanın dürüstlüyünün qorunmasına yönəldir.

Agentliyin direktoru Şəfəq Hüseynli deyir: "İki ilin nəticələrinə yekun vurarkən, deyə bilərəm ki, bunlar uğurlu və müvəffəqiyyətli illər olub. Qeyd etmək istərdim ki, ölkə rəhbərliyi dəstəyini əsirgəməyib və effektiv antidopinq siyasətinin həyata keçirilməsi üçün lazımi şərait yaradıb. Bizə kömək göstərən hər kəsə dərindən təşəkkür edirəm. Son iki ildə ölkəmizdə idmanın təmizliyinin qorunması üzrə böyük işlər görülüb və bu kurs davam etdiriləcək”.


Facebook-da paylaş

Xəbəri paylaş