Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Dünya klublarının reytinq siyahısı - “Qarabağ” mövqeyini qorudu



Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb. “Clubworldranking”in tərtib etdiyi cədvəldə Azərbaycanın 4 komandası yer alıb.

Klublarımız arasında ən yaxşı nəticə yenə “Qarabağ”dadı. Azərbaycan Premyer Liqasının liderinin hesabında 1169 xal var. Ağdam təmsilçisi planetin 526-cı komandasıdı. “Qarabağ” son siyahı ilə müqayisədə mövqeyini qoruyub.

368 xala malik “Keşlə” 717-ci yerdə qərarlaşıb. Paytaxt təmsilçisi 1 pillə geriləyib. “Qəbələ” 255 xalla 747-ci yerdədi. “Zirə”nin isə 217 xalı var və planetin 774-cüsüdü. Bu komandalardan birincisi 1 pillə irəlilədiyi halda, digəri 1 rəqibini özündən irəli buraxıb.

Qeyd edək ki, cədvəlin ilk “üçlüy”də dəyişiklik olmayıb. İspaniya “Real”ı yənə birincidi. Onlar 16378 xala malikdi. “Barselona” (İspaniya) 15485 xalla 2-ci, “Qremio” (Braziliya) 14679 xalla üçüncüdü.


Facebook-da paylaş