Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Keniyalı Eliud Kipçoqe kişilər arasında marafon qaçışında qızıl medal qazanıb

Keniyalı Eliud Kipçoqe kişilər arasında marafon qaçışında qızıl medal qazanıb


Avqustun 8-də Tokio XXXII Yay Olimpiya Oyunları başa çatır.
BrendSport.az xəbər verir ki, yarışların son günündə kişilər arasında marafon qaçışında keniyalı Eliud Kipçoqe Olimpiya çempionu adını saxlamağa nail olub. “Rio-2016”nın qalibi olmuş 36 yaşlı idmançı marafonu inamla qaçaraq, yarışı 2 saat 8 dəqiqə 38 saniyə nəticə ilə birinci başa vurub.
E.Kipçoqe Olimpiya mərhələsində dalbadal iki qızıl medal qazanan üçüncü qaçışçı olub. Kişilər arasında marafon qaçışının dünya rekordu da ona məxsusdur – 2 saat 1 dəqiqə 39 saniyə.
Olimpiya Oyunlarında bu idman növü üzrə ikinci yeri niderlandlı Abdi Naqiay, üçüncü yeri isə Belçika idmançısı Bəşir Abdi tutub.
Tokioda isti hava şəraitinə görə yarış Yaponiyanın Hokkaydo adasında yerləşən Sapporo şəhərində keçirilib. Buna baxmayaraq, marafon qaçışına qatılan 100-dən artıq idmançıdan yalnız 30-u finişə çata bilib.


Facebook-da paylaş

Xəbəri paylaş