Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Bizdə idmanın bu sahəsi də inkişaf etdirilməlidir"



Fərid Həmzəyev 1993-cü ildə Şamaxı rayonunda anadan olub. 1999-ci ildə Şamaxı şəhər 2 nömrəli orta məktəbə daxil olub və 2010-ci ildə orta məktəbi bitirib.

2011-ci ildə hərbi xidmətə cağırılıb və Naxçıvan Muxtar Respublikasında Daxili Qoşunlarda xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra müxtəlif əl işləri düzəldib və satışıyla məşğul olub.

Fəridin hobbisi maşınların virtual tyuningi ilə məşğul olmaqdır. Vaxtilə əl işləri "Şəffafliq" qəzetində işıqlandırılıb. İnsanlar arasında sevilən, populyar olan avtomobillərin - "BMW", "Opel", "Mazda", "Hunday" və s. kimi modellərin xarici görüşünü dəyişib yeni dizayn verə bilir.

Virtual tyuninglə istənilən avtomobilin xarici görüşünü - məsələn rəngini, disk-təkərlərini, xarici görünüşünün hər bir hissəsini yenisiylə əvəz etmək mümkündür.

Fərid yeni bir avtomobil dizaynları da tərtib edir. Yeni dizaynda, yeni formada avtomobillər hazırlayıb və bunların Azərbaycanda yığılaraq respublikamız adından dunyaya tanınmasını istəyir.

Fəridin dediklərindən.
- Yarış maşınlarını onların dizaynerləri cəlbedici edir. Bizdə də "Formula 1" yarışı oldu. Yaxşı olardı ki, bizdə də həmin maşınlar millli ornamentlərlə bəzədilsin. Bizdə idmanın bu sahəsi də inkişaf etdirilməlidir. Bu, artıq zamanın bir tələbidir.


Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi










Facebook-da paylaş

Xəbəri paylaş