Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya reytinqi: "Qarabağ" 7 pillə irəlilədi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən klubların yeni reytinq cədvəli açıqlanıb.



BrendSport.az xəbər verir ki, 307 klubun yer aldığı siyahıda Azərbaycan təmsilçisi "Qarabağ" da var. Ağdam klubu ötən ayla müqayisədə 7 pillə irəliləyib və 149 xalla 62-cidir. Eyni xala Argentinanın "Talyeres" (Kordoba) klubu da sahibdir.

Sıralamaya Braziliya "Flamenqo"su (313 xal) liderlik edir. "Real" 2-ci (308 xal), Palmeyras" isə 3-cüdür (263 xal). "Benfika" 4-cü yeri tutur (247 xal). "5-liy"i "Liverpul" tamamlayır (245 xal).


Facebook-da paylaş

Xəbəri paylaş