Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan gimnastları Slovakiya, Latviya və Polşa idmançıları üçün onlayn ustad dərsləri keçiblər

Azərbaycan gimnastları Slovakiya, Latviya və Polşa idmançıları üçün onlayn ustad dərsləri keçiblər


COVID-19 pandemiyası ilə bağlı karantin günlərinin davam etdiyi bir dövrdə Azərbaycanda xarici ölkələrin gimnastları üçün onlayn ustad dərsləri təşkil edilir. Bədii gimnastika üzrə yığmamızın üzvləri məşqlərinə davam etməklə yanaşı, bu ustad dərslərinə qatılaraq, həm də faydalı təcrübə əldə edirlər.
BrendSport.az Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, komandamızın aparıcı gimnastlarından biri, Yay Universiadasının mükafatçısı, Tokio Olimpiadasına lisenziya qazanmış Zöhrə Ağamirova Polşa gimnastları üçün onlayn ustad dərsləri keçib.
Belə ustad dərsləri Slovakiya və Latviya gimnastları üçün də təşkil edilib. Slovakiya bədii gimnastları üçün ustad dərslərini Avropa çempionatının gümüş və bürünc medalçısı Siyana Vasileva və bədii gimnastika üzrə gənclərin ilk dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova keçib. Latviya gimnastları üçün təşkil edilmiş onlayn dərslərin də təlimçisi Arzu Cəlilova olub.
Yığmamızın üzvlərinin ustad dərsləri bununla bitmir. İyunda Hindistanın bədii gimnastları üçün onlayn ustad dərsləri də təşkil ediləcək. Bu təlimlər bədii gimnastika üzrə yığma komandamızın məşqçisi, beynəlxalq dərəcəli hakim Natalya Bulanova, yığmanın məşqçisi Lalə Məhərrəmova və baş xoreoqrafı Kamil Quliyev tərəfindən keçiriləcək.
Gimnastika klubları və cəmiyyətlərinin istəyi əsasında yerli gimnastlar üçün də onlayn təlimlər təşkil edilir.


Facebook-da paylaş

Xəbəri paylaş