Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Formula 1 Azərbaycan Qran-Prisinin marşal proqramına qeydiyyat prosesi davam edir



Gələn il aprelin 26-28-də Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin marşal proqramına qeydiyyat prosesi davam edir. Hər gün saat 09:00-dan 22:00-dək fəaliyyət göstərən Bakı Marşal Mərkəzi (BMM) Qran-Prinin marşalı olmağı arzulayan şəxslərin müraciətini qəbul edir.

BrendSport.az “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinə (BŞH) istinadla xəbər verir ki, bir çox qəza və toqquşmalar nəticəsində olduqca gərgin keçən ötən yarış həftəsonunda marşallar dünya standartlarına uyğun fəaliyyət göstəriblər. Məhz belə gərgin yarış zamanı BŞH-nin marşalları 60 dəfə trekə daxil olaraq vəzifələrini layiqincə yerinə yetiriblər.

Ötən yarış nə qədər uğurlu keçsə də, BŞH komandası daim müsbət dəyişikliklərə və marşal fəaliyyətinin daha da təkmilləşdirilməsinə çalışır. Bunun üçün BŞH 2019-cu ildə keçiriləcək Formula 1 yarışı üçün proqrama 300 yeni marşalın cəlb edilməsini hədəfləyir. Ümumilikdə marşal proqramına 1100 yerli, 140 xarici vətəndaşın qəbul olunması planlaşdırılır. Müraciət prosesindən uğurla keçən şəxslər üçün təlimlər fevralın 1-dən başlayacaq. Yaşayış yerindən asılı olmayaraq, 21 yaşdan yuxarı hər kəs bu proqrama qoşula bilər.

Proqrama cəlb edilən marşallar 2019-cu il Formula 1 Azərbaycan Qran-Prisinin bir hissəsi olmaq, yarışın həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanı qazanacaqlar.

Formula 1 yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi, Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən təsdiq olunmuş beynəlxalq lisenziyalı sertifikat təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara, təkcə Azərbaycanda deyil, Formula 1 Qran-Prisinə ev sahibliyi edən digər ölkələrdə keçiriləcək yarışlara da qatılmaq hüququ verəcək.


Facebook-da paylaş

Xəbəri paylaş