Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Minskdə keçiriləcək II Avropa Oyunlarına bilet satışına start verilib



Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunları ilə bağlı bilet satışına start verilib.

BrendSport.az , AZƏRTAC-a istinadən xəbər verir ki, istənilən ölkənin vətəndaşı www.minsk2019.ticketpro.by saytı vasitəsilə bilet əldə edə bilər. Biletlərin qiyməti 5 Belarus rublundan (2 avro) 50 rubla qədər (20 avro) dəyişir.

II Avropa Oyunlarının açılış və bağlanış mərasimləri üçün isə biletin qiymətləri fərqlidir. Açılış mərasimi üçün biletlərin qiyməti 150-300 Belarus rublu (60-120 avro) olacaq. Bağlanış mərasimi üçün isə biletlər 70-150 rubla (28-60 avro) satışa çıxarılıb.

Qeyd edək ki, II Avropa Oyunları 2019-cu il iyunun 21-30-da Minskdə keçiriləcək. Oyunlarda 50 ölkədən 4 mindən çox atlet idmanın 15 növü üzrə 200 dəst medal uğrunda yarışacaq.

Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda keçirilən ilk Avropa Oyunlarında milli komandamız medalların sayına görə ikinci yeri tutub.


Facebook-da paylaş