Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Daha böyük nailiyyətlər qazanmaq istəyir



Zeynallı Yusif 27 iyul 2011-ci ildə Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsində dünyaya gəlib. Maştağa qəsəbəsində yerləşən Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbində oxuyur.

İdmana olan marağı onu taekvondo ilə məşğul olmağa gətirib çıxarıb. Belə ki, o, 13 iyul 2018-ci ildən Maştağa taekvondo bölməsinin baş məşqçi-müəllimi "ALPMAN" taekvondo klubunun rəhbəri Zahid Nadirovun rəhbərliyi ilə məşqlər qatılıb.

Qeyd edək ki, Zahid müəllim III dan qara kəmər sahibi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur.

Yusif bu vaxta qədər bir çox yoldaşlıq görüşlərində və açıq birinciliklərdə müvafiq olaraq I, II, III və "Ümid" kuboku - 2 beynəlxalq turnirində II yerə layiq görulüb.

Yusif eyni zamanda kəmər (dərəcə) imtahanına qatılaraq yaşıl kəmərə layiq görülüb. O, idman sahəsində yoluna davam edərək daha böyük nailiyyətlər qazanmaq istəyir. Özünü həmişə nağılların baş qəhrəmanı kimi görür. Buna görə də qalib gəlmək üçün həmişə çox çalışır.

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi






Facebook-da paylaş