Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İdman jurnalistləri arasında onlayn şahmat turniri keçirilib

İdman jurnalistləri arasında onlayn şahmat turniri keçirilib

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı və Etopaz-ın baş sponsorluğu ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş onlayn şahmat turniri keçirilib.
BrendSport.az xəbər verir ki, yarışda idman mediasının bir çox tanınmış nümayəndələri iştirak ediblər.
İsveçrə sistemi üzrə 7 turda keçirilən turnirə müxtəlif media orqanlarını təmsil edən və müstəqil fəaliyyət göstərən 18 idman jurnalisti qatılıb.
Yarışdan əvvəl turnirin direktoru, AİJA-nın vitse-prezidenti Anar Şabanoğlu iştirakçıları salamlayıb. O deyib: “ ulu öndər Heydər Əliyev irsinin layiqli davamçısı - Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və Müzəffər ordumuzun sayəsində artıq biz idman jurnalistləri də qalib ölkənin məğrur vətəndaşları olaraq həm peşəkar fəaliyyətimizi, həm də asudə vaxtımızı könül rahatlığı ilə, qürurla, fəxrlə, başı dik davam etdiririk. Turnirə başlamazdan əvvəl gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başımız sağ olsun deyirəm. Bütün turnir iştirakçılarına təşəkkür edir, uğurlar arzulayır və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Prezidenti Eldar İsmayılovun da dəyərli həmkarlarımıza salamlarını çatdırıram. Bu onlayn şahmat turniri idman jurnalistikamızın tarixində ilk belə yarışdı. Təşkilatçılıqda əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm”.
Daha sonra turnirə start verilib. Gərgin mübarizə şəraitində keçən yarışda Qol.az saytının əməkdaşı Aysel Adıgözəlli birinci, müstəqil idman icmalçısı Səbuhi Səfiyarlı ikinci, mərhum qrossmeyster Vüqar Həşimovun bacısı, müstəqil idman jurnalisti, AİJA-nın üzvü Samirə Allahverdiyeva isə 3-cü yeri tutublar.
Qeyd edək ki, birinci yer tutmuş idman jurnalistinə 500, ikinci yer üçün 300, üçüncü yerin sahibinə isə 200 manat pul mükafatı ayrılıb.

Qaliblər mayın 4-ü saat 12.00-da AİJA-nın “Azərbaycan” nəşriyyatında yerləşən baş ofisində mükafatlandırılacaqlar.



Facebook-da paylaş

Xəbəri paylaş