Faydalı saytlar


Reklam



Məmmədyarov və Rəcəbov mövqeyini qorudu



Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

BrendSport.az qurumun saytına istinadən xəbər verir ki, ilk 10-luqda Azərbaycanın iki təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov (2770) 8-ci pillədəki mövqeyini qoruyub. Teymur Rəcəbov (2765) da 10-cu yerdə qalıb.

Nicat Abbasov (2665, 72-ci yer) və Qədir Hüseynovun (2665, 73-cü yer) da mövqeyi dəyişməyib. Rauf Məmmədov isə bir pillə irəliləyərək 2689 xalla 89-cu pillədə qərarlaşıb.

Siyahıya norveçli dünya çempionu Maqnus Karlsen (2847) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2820) 2-ci, Dinq Liren (Çin, 2799) 3-cüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə 1 pillə geriləyərək 2443 xalla 28-cudur. 2 pillə geriləyən Gülnar Məmmədova 2382 xalla 80-ci, 1 pillə geriləyən Xanım Balacayeva 2376 xalla 90-cı pillədə qərarlaşıb.


Facebook-da paylaş