Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Kəpəz”, “Turan” və “Qarabağ” ilk “üçlük”də, “Neftçi”dən üçqat göstərici

“Kəpəz”, “Turan” və “Qarabağ” ilk “üçlük”də, “Neftçi”dən üçqat göstərici

Azərbaycan Premyer Liqasının cari mövsümündə qələbə seriyasını 15 oyuna çatdıran “Qarabağ” ölkə çempionatları tarixində bu göstərici üzrə üçüncü olub.
BrendSport.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, mütləq rekorda isə 1997-1998-ci illərdə “Kəpəz” imza atıb. Gəncə təmsilçisi ardıcıl 20 görüşdə qalib gəlib. İkinci yerdə 16 oyunda xal itkisi ilə üzləşməyən “Turan” qərarlaşıb.
Ümumiyyətlə, 9 dəfə komandalar 12 və ya daha çox oyunda qələbələri sıralayıb. “Neftçi” üç, digər klublar hərəyə bir dəfə belə seriyaya nail olub. “Ağ-qaralar”ın iki belə uğuru eyni mövsümə təsadüf edib. Startda 25 matçda 24 qələbə qazanan bakılılar 12 oyunluq qalibiyyət seriyasını iki dəfə sıralayıb.


Facebook-da paylaş