Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Şahmat üzrə Bakı şəhər birinciliyinə yekun vurulub



Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən şahmat üzrə paytaxt turnirinə yekun vurulub.

BrendSport.az xəbər verir ki, 40-dək şahmatçının qatıldığı çempionat beynəlxalq dərəcəli hakim Elşad Abdullayevin rəhbərliyi ilə İsveçrə sistemi üzrə keçirilib. Qızların yarışında Nərmin Abdinova, Aysel Cəfərova və Lalə Hüseynova, oğlanların mübarizəsində isə İsmayıl Qurbanov, Əhməd Xaqan və Paşam Əlizadə müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.

Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev qalibləri Azərbaycan çempionatının birinci dəstəsinə vəsiqə qazanmaları münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.

Qalib idmançılar müvafiq dərəcəli diplomlar və medallarla təltif olunublar.


Facebook-da paylaş