Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün futbol üzrə Topaz Premyer Liqasının XXV turuna start verilir




Aprelin 18-də futbol üzrə Topaz Premyer Liqasının XXV turuna start verilir.

BrendSport.az xəbər verir ki, tur iki gün davam edəcək. Turun birinci günündə iki oyun keçiriləcək. XXV tur saat 16:45-də “Sumqayıt” – “Səbail” oyunu ilə başlanacaq. “Kapital Bank Arena”da oynanılacaq görüşü Vüqar Həsənli idarə edəcək.

Günün ikinci qarşılaşmasında çempionluğa iddialı “Qarabağ” komandası autsayder “Keşlə”ni qəbul edəcək. Əliyar Ağayevin idarə edəcəyi matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 19:00-da start götürəcək.

Aprelin 19-da - turun ikinci günündə “Qəbələ” komandası doğma arenada “Zirə” ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda oynanılacaq görüşü İnqilab Məmmədov idarə edəcək. Görüş saat 16:00-da başlanacaq.

Tura saat 18:30-da “Sabah” – “Neftçi” oyunu ilə yekun vurulacaq. “Əlincə Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Rövşən Rəcəbov olacaq.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Xatırladaq ki, 24 turdan sonra turnir cədvəlinə aktivində 54 xal olan “Qarabağ” başçılıq edir. “Neftçi” 52 xalla ikinci, “Səbail” 35 xalla üçüncü, 33 xalı olan “Qəbələ” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq, “Sabah” (26), “Zirə” (25), “Sumqayıt” (20) və “Keşlə” (19) yer alıblar.


Facebook-da paylaş

Xəbəri paylaş