Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Bədən Tərbiyəsi və İdman Akademiyasında əsaslı təmirdən sonra idman zallarına baxış keçirilib



Martın 11-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) əsaslı təmirdən sonra basketbol, voleybol, həndbol, ağırlıq qaldırma və boks idman zallarına baxış keçirilib. Bu, Akademiyada yenidənqurma və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan müvafiq işlərin davamıdır.

BrendSport.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov, ABŞ səfirliyinin və idman ictimaiyyətinin nümayəndələri, xarici ekspertlər ediblər.

Tədbirdə Akademiyada aparılan yenidənqurma və təmir işləri, elm-tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. İştirakçılar təmirdən sonra istifadəyə verilən basketbol, voleybol, həndbol, ağırlıqqaldırma və boks idman zallarında yaradılan şəraitlə tanış olublar. Basketbol və voleybol zallarında qonaqlar milli komandaların üzvlərinin, həndbol, ağırlıqqaldırma və boks zallarında isə İdman Akademiyasının tələbələrinin nümunəvi çıxışlarını izləyiblər.

İştirakçılar, həmçinin ADBTİA-da tədrisi ingilis dilində aparılan idman jurnalistikası və idman tibbi və reabilitasiya magistr ixtisaslarının tədrisi üçün tikilən Multimedia Mərkəzi və Elmi-Tədris Laboratoriyası ilə də tanış olub, dərs prosesini izləyiblər.

Tədbir Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının basketbol zalında rəsmi hissə ilə başa çatıb. Rəsmi hissədə İdman Akademiyasının rektoru Fuad Hacıyev qonaqları salamlayıb, daimi dəstəyə görə Gənclər və İdman Nazirliyinə və idmansevərlərə minnətdarlığını bildirib.

Sonra gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Heidi Smis, Karnegi Universitetinin nümayəndəsi Matt Nyubi və basketbol üzrə milli komandanın üzvü Amil Həmzəyev çıxışlarında Akademiyada aparılan yenidənqurma və təmir işləri, elm–tədris bazasının təkmilləşdirilməsi ilə bağlı görülən işləri yüksək qiymətləndiriblər. Çıxışlarda qeyd olunub ki, yeni qurulan idman zalları müasir tələblərə tam cavab verir. Burada tələbələrin idmanın müxtəlif növləri üzrə hazırlıqlarını davam etdirmələri üçün hər cür şərait var. Yaradılan şərait Akademiyada təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək.










Facebook-da paylaş