Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Atletika üzrə Bakı çempionatının qalibləri müəyyənləşib

Atletika üzrə Bakı çempionatının qalibləri müəyyənləşib



Respublika Olimpiya Mərkəzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə start götürən böyüklər arasında atletika üzrə Bakı çempionatına yekun vurulub.
BrendSport.az xəbər verir ki, yarışda qadınlar arasında qaçış üzrə Zəkiyyə Həsənova (200 metr), Aynur Əsədzadə (800 metr), Anna Yusupova (3000 metr), yadro itələmə idman növündə Günel Hüseynova, uzunluğa tullanmada Yelena Pextireva birinci yeri tutublar. Qızlar arasında qaçış turnirində Zəkiyyə Həsənova (60 metr), Lamiyə Vəliyeva (400 metr), Kader Əlimova (1500 metr) fərqləniblər. Sabrina İralova isə üçtəkanla tullanma yarışlarında ilk pillədə qərarlaşıb.
Kişilər arasında qaçış üzrə Zeynal Miskərli (60 metr), İlham İnsanov (200 metr), Teymur Salahzadə (400 metr), Elman Abışov (800 metr), Faiq Bağırov (3000 metr) daha yüksək nəticə göstəriblər. Yadulla İbrahimov uzunluğa, Nazim Babayev üçtəkanla, Heybət Salayev hündürlüyə tullanma yarışlarında, Mirəhməd Babayev isə yadro itələmə üzrə qızıl medal qazanıblar.
Yarışlarda 100-ə yaxın iştirakçı mübarizə aparıb.
Bakı çempionatının qalib və mükafatçılarına medal və diplomlar təqdim edilib.


Facebook-da paylaş

Xəbəri paylaş