Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb

"Sərhədçi" Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.
BrendSport.az xəbər verir ki, yarışda 80 klubdan 612 cüdoçu medallar uğrunda mübarizə aparıb. Respublika birinciliyində fərqlənən yeniyetmələrə medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları və diplomları təqdim olunub. Medalların əyarına görə komanda yarışının qalibləri də müəyyənləşib.
Ümumi hesabda daha yaxşı nəticə göstərən "Neftçi” İdman Klubu birinci yerə layiq görülüb. "Cüdo 2012" klubu ikinci, Balaxanı Olimpiya İdman Kompleksinin komandası isə üçüncü yeri tutub. Qeyd edək ki, yeniyetmə cüdoçuların ölkə birinciliyində fərqlənənlər milli komandanın heyətinə cəlb olunacaqlar.


Facebook-da paylaş