Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Binə Atçılıq Mərkəzində “Elite Horse & Polo Club” kuboku turniri keçiriləcək



Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə dekabrın 7-8-də Binə Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə “Elite Horse & Polo Club” kuboku turniri keçiriləcək.

BrendSport.az xəbər verir ki, yarışlar üç kateqoriyada təşkil olunacaq. E kateqoriyası üzrə yarışda 20 yaşadək yeniyetmə idmançılar hündürlüyü 80 santimetr olan maneələri dəf etmək üçün məharətlərini göstərəcəklər. Bütün yaş qruplarını əhatə edən M kateqoriyasında isə ən hündür maneə 120 santimetr nəzərdə tutulub.

Turnirin ikinci günündə S kateqoriyası üzrə yarışlar keçiriləcək. Bu kateqoriya üzrə maneələrin hündürlüyü 130-140 santimetr olacaq.

Yarışlar yerli hakimlər kollegiyası tərəfindən idarə ediləcək.


Facebook-da paylaş

Xəbəri paylaş