Faydalı saytlar


Reklam



“Tokio-2020”: Taekvondoçumuz yarışa qələbə ilə başlayıb

“Tokio-2020”: Taekvondoçumuz yarışa qələbə ilə başlayıb


Azərbaycanın daha bir idmançısı Tokio Olimpiadasına qələbə ilə başlayıb.
BrendSport.az xəbər verir ki, səkkizdəbir final mərhələsində taekvondoçumuz Milad Beiqi Hərçəqani Çin Taypeyini təmsil edən Liu Vey-Tinqlə üz-üzə gəlib. Rəqibini 15:11 hesabı ilə məğlub edən komandamızın üzvü dörddəbir finala vəsiqə qazanıb.
Qeyd edək ki, digər taekvondoçumuz Fəridə Əzizova (67 kq) startda ABŞ təmsilçisi Peyc Makfersona məğlub olaraq mübarizəni dayandırıb.
Xatırladaq ki, Milad Beiqi Hərçəqani Rio Olimpiadasında bürünc medal qazanıb.
Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Komandamız medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan millimiz 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.


Facebook-da paylaş