Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Azərbaycanda Paralimpiya və xüsusi Olimpiya sahəsində inkişaf inklüziv cəmiyyətin yaranmasının göstəricisidir



Azərbaycanda Olimpiya ilə yanaşı, Paralimpiya və xüsusi Olimpiya sahəsində inkişaf inklüziv cəmiyyətin yaranmasının göstəricisidir. Həyata keçirilən tədbirlər inklüziv cəmiyyət ideyasının daha da geniş yayılmasına və əlilliyi olan şəxslərin, sağlamlığı məhdud olan insanların öz bacarıq və potensiallarını göstərməsinə böyük imkan yaradacaq.

BrendSport.az xəbər verir ki, Bu sözləri Əbu-Dabidə keçiriləcək Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərimizlə görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir əlilliyi olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılmasının Prezident İlham Əliyevin sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O bildirib ki, xüsusi olimpiyaçılarımızın Əbu-Dabidə keçiriləcək Ümumdünya Xüsusi Yay Oyunlarında iştirakına dəstək verilib. Bu Oyunlarda iştirak edəcək heyətin arasında nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrindən də nümayəndələr var. Heydər Əliyev Fondunun dəstəyi ilə həmin müəssisələrdə müasir standartlara uyğun yaşayış və reabilitasiya, həmçinin müxtəlif idman növləri ilə məşğul olmaları üçün şərait yaradılıb.


Facebook-da paylaş