Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionumuz avrokuboka 1/16 finaldan qatılacaq



Qadın voleybolçular arasında “Çelenc Cup”ın püşkü atılıb. Avrokubokdakı yeganə təmsilçimiz “Azərreyl”in də rəqibi müəyyənləşib.

Püşkə əsasən Azərbaycan çempionu ilk qarşılaşmasında “Kayroş” (Portuqaliya) – “Hermes” (Belçika) cütünün qalibi ilə üz-üzə gələcək. Mübarizəyə 1/16 finaldan başlayacaq Bakı təmsilçisi birinci matçını səfərdə, cavab oyununu paytaxtda keçirəcək. Matçlar noyabrın 27-29-u və dekabrın 4-6-sı tarixlərində olacaq.

Cütün qalibi 1/8 finalda “Aydın BBSK” (Türkiyə) – “Famalikao” (Portuqaliya)/“Haris La Laquna” (İspaniya) oyunun güclüsü ilə qüvvəsini sınayacaq.

Turnirin II təsnifat mərhələsi isə noyabrın 6-8-də və 13-15-də baş tutacaq. Məhz həmin qarşılaşmalardan sonra da “Azərreyl”in rəqibi dəqiqləşəcək.

Qeyd edək ki, “Çelenc Cup”ın martın 27-də bilinəcək.


Facebook-da paylaş

Xəbəri paylaş