Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Azər Həsənsoy: Azərbaycanda alpaqut idman növünə böyük maraq var



Dünya Alpaqut Federasiyası yeni təsis olunmasına baxmayaraq, artıq beynəlxalq arenada tanınmağa başlayıb. Azərbaycanda da bu idman növünün getdikcə geniş yayılması ona böyük maraqdan xəbər verir.

BrendSport.az xəbər verir ki, Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti Azər Həsənsoy deyib.

Alpaqut döyüş sənətinin minillik tarixə malik olduğunu bildirən A.Həsənsoy əsrlər öncə igid döyüşçülərimizin alpaqut adlandırıldığını diqqətə çatdırıb. “Qədim türklər Turan döyüş sənətini Uzaq Şərqdə, eləcə də Avrasiyanın bir sıra ölkələrində də yayaraq inkişaf etdiriblər. Nəinki əlbəyaxa döyüş, eləcə də silahla döyüşün qədim türklər tərəfindən yayılması, döyüş sənəti və mədəniyyətinin mütəşəkkil qaydada öyrənilməsi faktdır. Yaponiya, Koreya, Çin mütəxəssislərinin, tarixçilərinin əsərlərində bununla bağlı maraqlı məlumatlar var. Qədim türklər zamanında ən müasir süvari orduya malik olub, igid döyüşçüləri ilə ad-san qazanıblar”, - deyə o bildirib.

Yarışlarda 18 ölkədən 500-ə yaxın idmançının mübarizə aparmasını ilk dəfə keçirilən dünya çempionatı üçün yaxşı göstərici olduğunu qeyd edən federasiya rəsmisi turnirin yüksək səviyyədə təşkilini, komandamızın uğurlu çıxışını vurğulayaraq deyib: “Azərbaycan idmançıları onlara bəslənilən ümidləri doğruldaraq parlaq qələbələr qazandılar. Şübhəsiz, idman sahəsində əldə edilən bu və digər nailiyyətlər dövlətin böyük diqqət və qayğısının nəticəsidir”.


Facebook-da paylaş