Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Bu gün Azərbaycan idmanı yüksək səviyyədədir"

"Bu gün Azərbaycan idmanı yüksək səviyyədədir"

Cümşüd İsgəndərov 1955-ci ilin mart ayının 8-də anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetinin jurmalistika fakültəsini, 1991-ci ildə isə ABŞ-nın Cikaqo şəhərindəki "LAOLA" Universitetinin marketinq kursunu bitirib. Bu vaxta qədər bir sıra mətbuat orqanlarda çalışıb. Hazırda "Bələdiyyə birliyi" qəzetinin baş redaktorudur. Cümşüd müəllim 10 kitab müəllifidir.

- Gənclik illərimdən idman həvəskarı olmuşam. İdmanla məşğul olmaq deyərdim ki, bir həyat tərzidir. Bəziləri idmanı özün üçün, bəziləri isə cəmiyyət üçün edir. Bizim olimpiya çempionlarımız bir növ dünyada xoşməramlı elçilərimizdir. Onlar bizi hər yerdə tanıdıb, təbliğ edirlər. Himnimizlə bayrağımızı ucaldırlar. Bir mətbuat adamı olaraq deyə bilərəm ki, bu gün Azərbaycan idmanı yüksək səviyyədədir. Düşünürəm ki, gələcəkdə daha da yüksək nailiyyətlər qazanılacaq. Bütün idmançı və məşqçilərimizə cansağlığı arzulayıram.

Alxas Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş