Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Azərbaycan idmançılarına veriləcək maliyyə yardımının məbləği açıqlandı



Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) koronavirus pandemiyasının maliyyə fəsadlarını azaltmaq üçün idmançılara edəcəyi maliyyə yardımının detallarını açıqlayıb.

BrendSport.az Rusiya Qılıncoynatma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, FIE bunun üçün ümumilikdə 1 milyon İsveçrə frankı (1 060 000 ABŞ dolları) ayırıb.

Bu məbləğdən hər federasiyaya 4 min İsveçrə frankı veriləcək. Hakimlərə isə 1 000 İsveçrə frankı ödəniləcək.

Qeyd edək ki, maddi yardımdan Azərbaycan qılıncoynadanları da yararlana biləcəklər.


Facebook-da paylaş