Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Şahmatçılarımız Cəbəllütariqdə “Masters” turnirinin dördüncü turunda mübarizə aparacaqlar

Şahmatçılarımız Cəbəllütariqdə “Masters” turnirinin dördüncü turunda mübarizə aparacaqlar

Yanvarın 24-də Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalının “Masters” turnirinin dördüncü turunun oyunları keçiriləcək.
BrendSport.az xəbər verir ki, növbəti turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov argentinalı Leandro Krysa, Vasif Durarbəyli italiyalı Pier Luigi Basso, Günay Məmmədzadə hindistanlı Krişnan Sasikiran ilə mübarizə aparacaqlar. Üç turdan sonra V.Durarbəyli maksimum xalla ikinci pillədə qərarlaşıb. Komandamızın digər üzvləri Ş.Məmmədyarov 2,5, G.Məmmədzadə isə 2 xal toplayıblar.
“Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılıb. Onlardan 116-sı qrossmeysterdir.


Facebook-da paylaş