Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Güləşçimiz Zaur Əliyev erməni rəqibinə qalib gələrək Avropa çempionatının bürünc medalını qazanıb



Azərbaycan güləşçisi Zaur Əliyev İspaniyanın Pontevedra şəhərində keçirilən gənc güləşçilər arasında Avropa çempionatında bürünc medal qazanıb.

BrendSport.az xəbər verir ki, çempionatında 55 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz turnirə iddialı başlayıb. Güləşçimiz ilk görüşdə Bolqarıstan idmançısına birinci hissə başa çatmadan qalib gəlib. Z.Əliyev növbəti görüşü də vaxtından əvvəl qələbə ilə başa vurub. Təmsilçimiz dörddəbir finalda Danimarka təmsilçisinə gücünü göstərərək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Gürcüstan təmsilçisi ilə qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. Həmyerlimiz hesabda öndə olsa da, son dəqiqədə müdafiədə buraxdığı səhv ucbatından görüşdən məğlub ayrılıb.

Z.Əliyev bürünc medal uğrunda prinsipial qarşılaşmada Ermənistan güləşçisi ilə üz-üzə gəlib. Rəqibini məğlub edən güləşçimiz Avropa çempionatının bürünc medalına sahib olub. İdmançımız bu qələbə sayəsində qitə birinciliyində komandamızın aktivinə ilk medalı yazdırıb.


Facebook-da paylaş