Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Azərbaycan velosipedçisi Türkiyədə “Qara dəniz turu”nun ikinci mərhələsində fərqlənib



Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 3 mərhələdən ibarət 2.2 kateqoriyalı “Qara dəniz turu” davam edir. Yarışın Rize və Giresun şəhərləri arasındakı 208 kilometrlik ikinci mərhələsi yığma komandamız üçün uğurlu nəticə ilə yadda qalıb.

BrendSport.az xəbər verir ki, məsafəni 4 saat, 41 dəqiqə, 28 saniyəyə başa vuran millimizin üzvü Samir Cəbrayılov bununla da finişi 3-cü keçib və “Tokio 2020” Yay Olimpiya Oyunlarına daha 1 lisenziya xalı qazanıb. Digər velosipedçimiz Elçin Əsədov 11-ci olub.

İki mərhələdən sonra ümumi təsnifatda 2 velosipedçimiz ilk onluqda qərarlaşıb. Belə ki, Samir Cəbrayılov ikinci, Elçin Əsədov isə yeddincidir.

Veloturun sonuncu – üçüncü mərhələsində iştirakçılar 163 kilometr məsafə qət edəcəklər.

Xatırladaq ki, heyəti Elçin Əsədov, Samir Cəbrayılov, Mahmud Məmmədov, Kərim Şirəliyev və Mikayıl Səfərlidən ibarət yığma komandamız yarışda baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında mübarizə aparır.


Facebook-da paylaş