Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Sərbəst güləşçilərimiz Dağıstanda bir dəst medal qazanıblar



Dağıstanın Kaspiysk şəhərində Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə turnir başa çatıb.

BrendSport.az xəbər verir ki, yarışın sonuncu günündə daha iki güləşçimiz fəxri kürsüyə qalxıb. Finaladək Xox Xuqayev (Rusiya), Ömərhacı Məhəmmədov (Belarus), Tajudin Muxtarov (Rusiya) və Batırbek Tsakulova (Rusiya) qalib gələn Şərif Şərifov (92 kq) son görüşdə də sevinən tərəf olub. Həlledici qarşılaşmada Rusiyanın daha bir təmsilçisi Əlixan Cəbrayılovu 7:4 hesabı ilə məğlub edən dünya, Olimpiya və Avropa çempionumuz Dağıstanda himnimizi səsləndirib.

Gitinoməhəmməd Hacıyev (70 kq) də finaladək irəliləyib. O, növbə ilə Anzor Zakuev, Ruslan Boqatıryov və Ramazan Ramazanovu (hamısı Rusiya) üstələyib. Son görüşdə yerli idmançı Razambek Camalova uduzan G.Hacıyev gümüş medalı boynundan asıb.

Xatırladaq ki, yarışın ilk günündə Nurməhəmməd Hacıyev bürünc medal qazanıb. Beləliklə, yığmamız Memorialdan bir dəst medalla ayrılıb.


Facebook-da paylaş