Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisi Avropa çempionatına 10 boksçu ilə qatılacaq



Vladiqafqazda kişi və qadın boksçular arasında Avropa çempionatı başlayır.

BrendSport.az xəbər verir ki, qitə çempionatında Azərbaycan yığmasının məşqçilər korpusu 10 boksçuya şans verəcək.

Belə ki, kişilərin mübarizəsində Rüfət Hüseynov (49 kq), Əflatun Babayev (56 kq), Ruslan Rüstəmov (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Cəbrayıl Yelekov (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) rinqə çıxacaq. Qadınların yarışında isə Günel Rəhimova (48 kq) ilə Aliyə Vəlizadə (60 kq) qüvvələrini sınayacaq.

22 yaşadək boksçuların Avropa çempionatı martın 8-dən 17-dək davam edəcək.

Qeyd edək ki, boksçularımız fevralın 23-dən yarışın keçiriləcəyi Vladiqafqaz şəhərində təlim-məşq toplanışındadırlar.


Facebook-da paylaş

Xəbəri paylaş