Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Hər rəqibə qarşı yaxşı mübarizə aparmaq olar - Qurban Qurbanov



Bu gün İrlandiyanın paytaxtı Dublində 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

BrendSport.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov bununla bağlı AFFA-nın rəsmi saytına fikirlərini bildirib:

"Maraqlı qrupa düşdük. Bütün komandalar tanışdı. Hər bir komandaya qarşı yaxşı mübarizə aparmaq olar. Mart ayınadək komandanı tam formalaşdırmalı və rəqibləri daha yaxından tanımağa başlamalıyıq.

Elə komandalar var ki, futbolçular həmin rəqiblərə qarşı oyunlarda daha inamlı olurlar. Bu amil xüsusən xal aldığın komandalarla görüşlərdə daha çox özünü büruzə verir. Ancaq illər keçir, nəsil dəyişimi baş verir. Ona görə biz rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik".


Facebook-da paylaş