Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millimizin oyununun hakimləri açıqlandı



17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi son oyuna təyinatlar açıqlanıb.

8-ci qrup və 3-cü turda baş tutacaq Albaniya ilə görüşü Slovakiya ilə Bosniya və Herseqovinadan olan hakimlər idarə edəcək.

Oyunun baş hakimi slovakiyalı Boris Marhefka olacaq. Ona həmyerlisi Tomas Vorellə bosniyalı Sreten Udoviçiç kömək edəcək. Digər bosniyalı Admir Şehoviç dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Albaniyanın Elbasan şəhərində keçiriləcək sabahkı oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş