Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün millimiz Maltayla qarşılaşır



Bu gün futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarına start veriləcək.

Azərbaycan yığması da sözügedən turnirdə növbəti matçına çıxacaq.

Qurban Qurbanovun çalışdırdığı millimiz doğma meydanda Malta ilə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan yığması ilk turda Bakıda Kosovo (0:0), səfərdə Malta ilə (1:1) bərabərə qalıb, bir neçə gün öncə isə səfərdə Farer adalarına böyük hesabla qalib gəlib - 3:0. Malta isə ilk turda Farer adalarına 3:1 hesabıyla qalib gəldiyi halda, oktyabrın 11-də Kosovoya oxşar hesabla uduzub.

Bu gün millimizin yer aldığı qrupun digər matçında lider Kosovo səfərdə Farer adaları ilə qarşılaşacaq.

UEFA Millətlər Liqası
D Liqası, 3-cü qrup
14 oktyabr


20:00. Azərbaycan - Malta
Bakı Olimpiya Stadionu.

20:00. Farer adaları - Kosovo

Kosovo - 7, Azərbaycan - 5, Farer adaları - 3, Malta - 1.


Facebook-da paylaş

Xəbəri paylaş