Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Güləş üzrə Azərbaycan çempionatının ikinci gününün qalibləri müəyyənləşib

Güləş üzrə Azərbaycan çempionatının ikinci gününün qalibləri müəyyənləşib


Fevralın 9-da Bakı İdman Sarayında keçirilən güləş üzrə U-20 Azərbaycan çempionatının ikinci gününün qalibləri müəyyənləşib.
BrendSport.az xəbər verir ki, ikinci yarış günündə klassik güləşdə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kiloqram çəki dərəcələrində pəhləvanlar mübarizə aparıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda yunan-Roma güləşçiləri arasında Laçın Vəliyev (87 kq), Hüseyn Hüseynov (97 kq) və Həybulla Qıstarov (130 kq) qızıl medal qazanıblar. Sərbəst güləşçilərin mübarizəsində isə Nurəddin Novruzov (57 kq), Ramik Heybətov (61 kq), Əbülfəz Nəsirov (65 kq) və Məhəmməd-Bəşir Xaniyev (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın sonuncu günündə - fevralın 10-da isə 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş