Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çağlar Özdemir: “Kür” Olimpiya Tədris Mərkəzi beynəlxalq standartlara tam cavab verir

Çağlar Özdemir: “Kür” Olimpiya Tədris Mərkəzi beynəlxalq standartlara tam cavab verir


Mingəçevirdəki “Kür” Olimpiya Tədris Mərkəzində keçirilən avarçəkmə və kanoe üzrə “Gənclər kuboku” yarışını izləmək üçün Türkiyədən gəlmişəm. Mərkəz beynəlxalq standartlara tam cavab verir və burada mötəbər yarışların təşkili üçün hər cür şərait var.
BrendSport.az xəbər verir ki, bunu akademik avarçəkmə üzrə türkiyəli mütəxəssis Çağlar Özdemir yanvarın 29-da jurnalistlərə müsahibəsində deyib.
Yarışa marağın böyük olduğunu qeyd edən türkiyəli qonaq bildirib: “Mingəçevirdə yarışların təşkili üçün hazırda əlverişli hava şəraiti var. Ümid edirəm ki, yarış uğurla yekunlaşacaq. Azərbaycan idmançılarının beynəlxalq arenada qazandıqları nailiyyətlər barədə məlumatlıyam. Qardaş ölkənin komandasının çıxışını yaxından izləyirəm və kifayət qədər yüksək potensiallı idmançılarınız var. İdman infrastrukturu da yüksək səviyyədədir. Milli federasiya yeni mövsümün startına milli federasiya çox yaxşı hazırlaşıb və inanıram ki, bu il Azərbaycan idmançıları üçün uğurlu olacaq”.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəhbərliyi ilə görüş keçirdiyini vurğulayan Çağlar Özdemir deyib: “Federasiyanın yeni layihələri barədə məlumatlıyam. Hamımız birlikdə azərbaycanlı idmançıların uğurlarına birgə şahidlik edəcəyik. Yeni layihələrdə azərbaycanlı həmkarlarımıza dəstək olmağa hazırıq. İdmanın bu növünün inkişaf etdirilməsi üçün Azərbaycanda gözəl iqlim və potensiallı idmançılar var”.


Facebook-da paylaş

Xəbəri paylaş