Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Formula 1-in əfsanəvi pilotlarından olan Alen Prost “Alpin” komandasından ayrılıb

Formula 1-in əfsanəvi pilotlarından olan Alen Prost “Alpin” komandasından ayrılıb


Formula 1-in əfsanəvi pilotlarından olan Alen Prost “Alpin” komandasının məsləhətçisi vəzifəsindən gedib.
BrendSport.az xəbər verir ki, dördqat dünya çempionu Fransa komandası ilə müqaviləni yeniləməmək qərarına gəlib. Məsələyə münasibət bildirən Prost “Alpin”i tənqid edib: “Bu məlumatın vaxtından əvvəl ictimaiyyətə açıqlanması məni məyus etdi. Çünki gedişimlə bağlı xəbəri bir yerdə elan edəcəyimizlə bağlı komandanın rəhbərliyi ilə razılığa gəlmişdik. Mənə qarşı hörmətsizlik edildi”.
Ötən həftə “Alpin” rəhbərliyi komandanın icraçı direktoru Martsin Budkovski ilə də yollarını ayırıb. Bu vəzifəyə “Aston Martin”in sabiq direktoru Otmar Zanfauerin gətiriləcəyi haqda məlumatlar dolaşır. Avstriyanın BWT şirkətinin də “Alpin”in baş sponsoru olacağı haqda məlumatlar yayılıb.


Facebook-da paylaş

Xəbəri paylaş