Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AIBA-nın prezidenti Azərbaycanın boks ictimaiyyətinin nümayəndələri ilə görüşüb

AIBA-nın prezidenti Azərbaycanın boks ictimaiyyətinin nümayəndələri ilə görüşüb


Ölkəmizə səfərə gələn Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyov Azərbaycan Boks Federasiyasının (ABF) Boks Mərkəzində idmançılar, onların məşqçiləri və boks ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
BrendSport.az xəbər verir ki, U.Kremlyov görüşdə boksun Azərbaycanda inkişaf etdiyini bildirib. O, ölkəmizdə idmanın bu növünün inkişafının daha da sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Boksçularla səmimi söhbət edən AIBA prezidenti Bakıda hər cür şəraiti olan Boks Akademiyasının fəaliyyət göstərməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb. “Azərbaycanda çox güclü boksçular var. İdmanın bu növünün inkişafı üçün görülən işlər təqdirəlayiqdir. Sonuncu dünya çempionatı Azərbaycanın boks ölkəsi olduğunu bir daha təsdiqlədi”, - deyə U.Kremlyov qeyd edib.
Qonaq bildirib ki, Bakıya gəlməkdə məqsədi qlobal beynəlxalq tədbirlərin təşkili ilə bağlı müzakirələr aparmaq, eyni zamanda, boksun daha yüksək səviyyədə inkişafına nail olmaq üçün bir sıra tədbirlərin həyata keçirilməsini təmin etməkdir. O, qeyd edib ki, bütün bunlarda əsas məqsəd idmançıların inkişafı üçün daha yaxşı şərait yaratmaqdır.
Sonda qurum rəhbərinin boksçular və məşqçilərə müxtəlif idman ləvazimatları hədiyyə edib.


Facebook-da paylaş

Xəbəri paylaş