Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək




Boksçularımız beynəlxalq turnirdə 13 medal qazanıblar

Boksçularımız beynəlxalq turnirdə 13 medal qazanıblar


“Təhsil” RİM-in 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası Volqoqrad şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə uğurla çıxış edib.
Məktəbin baş məşqçisi, Əməkdar məşqçi Rəhim Allahverdiyev BrendSport.az-a bildirib ki, 2006-2007-ci illər təvəllüdlü boksçuların yarışında komandamız ümumilikdə 5 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar. Nihad Qasımov (38,5 kq), Pərviz Aram (42kq), Sabir Dadaşov (46 kq), Əlizadə Şahbazlı (52kq), Murad Seyidli (57 kq) turnirin qalibi olublar. Fərid İsmayılzadə (44 kq), Rauf Allahverdiyev (50 kq), Eltun Məmmədli (60 kq), Emil Xanəhmədli (75 kq) gümüş, Ayaz Tağızadə (44 kq), Elğün Əliyev (48 kq), Elmir İsmayılov (66 kq), Fərid İsmayılov (+80 kq) bürünc medal qazanıblar.
Yarışda Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Belarus və Moldova komandaları da mübarizə aparıblar.


Facebook-da paylaş