Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək




Dünya çempionatında uğur qazanan karateçilərimiz Vətənə qayıdıblar

Dünya çempionatında uğur qazanan karateçilərimiz Vətənə qayıdıblar


Dubayda keçirilmiş karate üzrə dünya çempionatında uğurla çıxış edən idmançılarımız noyabrın 22-də Vətənə qayıdıblar.
BrendSport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda karateçilərimizin qarşılanma mərasimi olub. Milli komandanın üzvlərini Azərbaycan Milli Karate Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və mətbuat nümayəndələri qarşılayıblar.
Xatırladaq ki, noyabrın 16-dan 21-dək keçirilmiş dünya çempionatında fərdi yarışlarda 68 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz İrina Zaretska qızıl medal qazanıb. Bununla da o, dünya çempionatının ikiqat qalibi kimi adını tarixə yazdırıb.
Daha bir idmançımız - Asiman Qurbanlı (+84 kq) isə turnirdə üçüncü yeri tutub.
Kumite üzrə yığmamız isə komanda yarışında üçüncü yer uğrunda Özbəkistan idmançılarına qalib gələrək bürünc medal qazanıb.
Xatırladaq ki, ölkəmiz çempionatda 17 karateçi ilə təmsil olunub.
Noyabrın 21-də keçirilmiş parakarateçilərimizdən ikisi dünya çempionatında üçüncü yeri tutub. Belə ki, Eldar Əhmədov əlil arabasında idmançıların yarışında, Emiliya Mitilinova isə görmə məhdudiyyətli idmançıların çıxışında bürünc medala sahib olublar.
Qeyd edək ki, Azərbaycan çempionata beş parakarateçi ilə qatılıb.


Facebook-da paylaş