Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İspaniya La Liqası: “Atletiko” iki cavabsız qolla “Barselona”nı məğlub edib

İspaniya La Liqası: “Atletiko” iki cavabsız qolla “Barselona”nı məğlub edib

Oktyabrın 2-də futbol üzrə İspaniya La Liqasının 8-ci turunun mərkəzi qarşılaşması keçirilib.
BrendSport.az xəbər verir ki, “Metropolitano” stadionunda keçirilən görüşdə “Atletiko Madrid” klubu “Barselona”nı qəbul edib.
Gərgin keçən görüş meydan sahiblərinin xeyrinə başa çatıb - 2:0.
Madrid təmsilçisinin heyətində Tomas Lemar və Luis Suares fərqləniblər.
Qələbə sayəsində xallarının sayını 17-yə çatdıran "Atletiko Madrid" ikinci pilləyə yüksəlib. "Barselona" isə 12 xalla 10-cu yerdə qərarlaşıb. Hazırda turnir cədvəlinə bir oyun az keçirən “Real Madrid” başçılıq edir. “Kral” klubunun aktivində 17 xal var.
Karlo Ançelottinin yetirmələri bu gün səfərdə “Espanyol” komandasının qonağı olacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş