Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək




Bu gün Azərbaycan cüdoçusu Zaqrebdə Qran-Pri turnirində mübarizəyə başlayacaq

Bu gün Azərbaycan cüdoçusu Zaqrebdə Qran-Pri turnirində mübarizəyə başlayacaq



Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turniri davam edir.
BrendSport.az xəbər verir ki, yarışın ikinci günündə - sentyabrın 25-də təmsilçimiz Hidayət Heydərov (73 kq) tatami üzərinə çıxacaq. Cüdoçumuz ilk qarşılaşmasını Yehonatan Elbaz (İsrail) ilə keçirəcək.
Qeyd edək ki, Azərbaycanı yarışda iki cüdoçu təmsil edir. H.Heydərovla yanaşı, 90 kiloqram çəki dərəcəsində Məmmədəli Mehdiyev də medallar uğrunda mübarizə aparacaq. Cüdoçumuz sabah yarışa qatılacaq. Onun ilk rəqibi isə Sebastyan Oldak (Polşa) - Vitali Şepel (Ukrayna) cütünün qalibi olacaq.
Üç gün davam edəcək turnirdə 35 ölkədən 240-dən çox idmançı qüvvəsini sınayır.


Facebook-da paylaş