Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millimizin voleybolçusu Olena Xarçenko: Güclü komandalarla bir qrupda mübarizə aparacağıq

Millimizin voleybolçusu Olena Xarçenko: Güclü komandalarla bir qrupda mübarizə aparacağıq


Komandamızın Avropa çempionatına hazırlıq mərhələsi başa çatıb. Bir neçə gündən sonra çempionatın ilk matçına çıxacağıq. Millimiz iki ay ərzində ciddi təlim-məşq toplanışı və yoxlama oyunları keçirib.
BrendSport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, bu sözləri qadınlardan ibarət Azərbaycan millisinin blokçusu Olena Xarçenko Avropa çempionatına hazırlıqla bağlı danışarkən deyib.
Voleybolçu qeyd edib: "Təəssüflər olsun ki, mən hazırlıq mərhələsinin əvvəlindən komandamızın məşqlərində iştirak edə bilməmişəm. Bir müddət əvvəl Bosniya və Herseqovinada təşkil olunan təlim-məşq toplanışına qatıldım . Çünki həkimin tapşırığı ilə dizimdə keçirdiyim əməliyyata görə klub mövsümü başa çatdıqdan sonra 3-4 ay fiziki məşqlər etməli idim. Məhz bu səbəbdən avqustdan komandamızın məşqlərinə qoşula bildim. Məşqlərə başladığım ilk gündən çalışıram öz əvvəlki formamı tezliklə bərpa edim və Avropa çempionatında komandamıza kömək edə bilim.
İdmançı üçün əsas amillərdən birinin psixoloji hazırlıq olduğumu deyən blokçu qeyd edib ki, psixoloji olaraq güclü olmalıyıq. Çünki qarşıda bizi gərgin oyunlar gözləyir. Güclü komandalarla bir qrupda mübarizə aparacağıq. Amma voleybolda oyundan öncə fikir bildirmək çox çətindir. Ən əsas da qadın voleybolçuların yarışlarında nəticə çox zaman gözlənilməz olur. Hər bir matçda sona kimi mübarizə aparmalıyıq. Bu gün komandamızda gənc oyunçular var. Belə mötəbər yarışda çıxış etmək və təcrübə toplamaq hər bir voleybolçunun arzusudur.
Qeyd edək ki, Avropa çempionatında A qrupunda yarışacaq komandamızın ilk matçı avqustun 20-də Belçika millisinə qarşı olacaq. Ertəsi gün yığmamız Bosniya və Herseqovina, ayın 22-də Rusiya, iki gün sonra Serbiya, avqustun 25-də isə Fransa ilə qarşılaşacaq.
Komandamızın oyunları İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.


Facebook-da paylaş

Xəbəri paylaş