Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qalatasaray” klubu “Neftçi” ilə oyun öncəsi cərimələnib

“Qalatasaray” klubu “Neftçi” ilə oyun öncəsi cərimələnib bir


UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakının “Neftçi” klubunun qonağı olacaq Türkiyənin “Qalatasaray” komandası bu oyundan əvvəl cərimələnib.
BrendSport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi “Qalatasaray” klubunu 24 min türk lirəsi məbləğində cəzalandırıb. Buna İstanbul təmsilçisinin hazırlıq oyunlarında lisenziyasız futbolçu oynatması səbəb olub. Belə ki, bu hal iki dəfə baş verib. İlk qayda pozuntusundan sonra TFF “sarı-qırmızılar”a xəbərdarlıq etsə də, bu hal təkrarlandığı üçün klubu cərimələyib.
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi”-“Qalatasaray” oyunu saat 20:00-da start götürəcək. Koronavirus pandemiyasına görə UEFA-nın qərarı ilə matç azarkeşsiz keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş