Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Vəkillər arasında ilk dəfə futbol turniri keçiriləcək

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə vəkillərdən ibarət “Advokat” futbol komandası formalaşdırılıb. Hazırda komanda bir sıra regional və beynəlxalq səviyyəli futbol turnirlərində uğurla iştirak edir.

Vəkillər Kollegiyası Rəyasət Heyətindən BrendSport.az -a bildiriblər ki, bu ənənənin davam etdirilməsi, o cümlədən vəkil qurumları və vəkillər arasında kollektiv ruhun və qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi məqsədilə ilk dəfə olaraq vəkillər arasında turnirin keçirilməsi qərara alınıb.

Dekabrın 8-dən fevralın 2-dək davam edəcək turnirdə 8 komanda – “Barrister”, “Veteranlar”, “Advokat”, “Sumqayıt”, “Abşeron”, “11 saylı Vəkil Bürosu”, “16 saylı Vəkil Bürosu” və “Ədalət” komandaları iştirak edəcəklər.

Oyunlar hər həftənin şənbə günü saat 10-dan 12-dək Böyükşor bulvarında, Olimpiya stadionunun yaxınlığındakı “Azfar” stadionunda keçiriləcək. Oyunları izləmək istəyən şəxslər stadiona gələrək qarşılaşmalara baxa bilərlər.

Gələn il Azərbaycan vəkilliyinin 100 illiyi çərçivəsində müxtəlif ölkələrin Vəkillər kollegiyalarının futbol komandalarının iştirak edəcəyi beynəlxalq turnirin təşkil olunması da nəzərdə tutulub.

Qeyd edək ki, “Advokat” futbol komandası hazırda həm futzal üzrə 2-ci liqada, həm də Bakı Futbol Liqasında mübarizə aparır. “Advokat” Litva Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Vilnüsdə keçirilmiş beynəlxalq turnirdə üçüncü yeri tutub. Həmin turnirdə Şərqi Avropa və bir sıra MDB ölkələrinin Vəkillər kollegiyalarının futbol komandaları mübarizə aparıblar. Komanda, həmçinin Ukrayna Vəkillər Kollegiyasının təşkilatçılığı ilə vəkillər arasında keçirilmiş beynəlxalq futzal turnirin qalibi olub.


Facebook-da paylaş

Xəbəri paylaş